“Məqsədimiz var”

Məqsədimiz varın bu dəfəki qonaqları muasir yazıçı, ulduz jurnalının baş redaktoru Elçin Hüseyinbəyli və virtual qonağı gənc həvəskar şair Məlik Ağa oldu. Elçin müəllim, Məlikin qələmini bəyəndinizmi? sualımıza cavabı siz yalnız 105 fm (AZTV) dalğasında avqustun 3 saat 16:05 də efirə gedəcək “məqsədimiz var” verilişində eşidə bilərsiniz.
VİRTUAL QONAĞIMIZ MƏLİK AĞANIN “AL CANIMI” ŞERİNİ ELDOST BAYRAMIN İFASINDA YÜKLƏ VƏ DİNLƏ
MÜƏLLİFLƏR: SƏİDƏ ƏLİMƏDƏTQIZI
GÜNAY DAĞLI
Səlim Babullaoğlu
R e j i s s o r u n n i t q i n d ə n
fraqment
Yalnız öz çətri boyunca qorunur adamlar yağışda;
Yalnız öz boyu qədəri uzaqla tanışdı adamlar;
Yalnız məzarlıq yanından ötüşən millət vəkili
əvvəl bir anlıq özünü itirir, sonra mandatı,
yalnız sonra səsini; yəni səs verir boşluğa, yoxluğa:
ey- ey! Yalnız həqiqət sözünə qafiyə həqiqət özüdü,
yəni həqiqi sözlərə ; həqiqət deyibən səslənsən
geriyə qayıdan əks-səda yenə də həqiqət deyəcək:
həqiqət…qət…qət… Yalnız otyeyən balıqlar yeyilir
zəngin mətbəxdə, üstəgəl xərçəng ; o isə yolunu
geriyə getməklə qət edir.Yalnız ətyeyən cütayaq canlı
irəli getməyi düşünür. İrəli !? Yəni ki haraya ?
Daraldır üfüqü yalnız irəli gedənlər. «İrəli» və «yaşa»
qışqıran afişa yalnız yağışa faş edir həqiqi üzünü;
yalnız gecələr; yalnız sellüloz taleyin boyalı sirrini;
qarışır boyalar; afişa tapdanır, cırılır. Asfaltdan bərələn
laqeyd baxışa ilişir nəzərin, çaşırsan; ayağın toxunur səkiyə.
Başınla dəyirsən ağ üzlük daşıyla örtülmüş sütuna, dirəyə.
Başına çıxmamış mənasız şüarlar beləcə puç olur-
yalnız səninçün. Nə qədər şəffafsa qutular- möcüzə
o qədər aydındı, ciddidir, deməli özgə iradə girəcəkdi gözə;
sabahsa növbəti beş il üçün kastinq. Yalnız Vətəndə
qürbətdə olanlar yad dildə danışır, bir də ruhən əbədi turistlər-
onların hər şeyi qıraqda; hər şeyi ; daha çox gözləri.
Çoxdandı gözəllik oxunmur gözlərdən bu yalqız şəhərdə…
hə..hə…yalnız şəhvət… Gözəllik daha çox aranır bədəndə…
Ucaboy, yumşaq dərili tüksüz bədəndə.
Halbuki ucaboy bədəndə gözəllik yalnız uzanır;
çevrədə, yumruda yalnız qapanır.
Həqiqət sözdə yalnız səslənir. Azadlıq hardasa,
yaxında- burdadı: kətildə, ləpirdə, zəncirdə, köpəkdə,
köpəyin sarımtıl dişində, hürüşdə – azadlıq hardasa burdadı,
gizlənir – aynada, masada,ənlikdə, kirşanda. Boğazı zəncirli
köpəkdən soruş sən; soruşsan ətəkdən yapışıb hürəcək.
Rekvizit yalnız səhnədə cırılır. Yalnız həyatda hər yer səhnədi.
Səhnədə həyat yalnız bir parça; səhnəylə həyat tamam fərqlidi.
İnsanlar hər gün paltarın çıxarır, yəni ki hər gün məşq edir eləcə,
yalnız bir dəfə soyunub geyinir, qarderob ölümə öyrədir yalnız .
Yalnız bir dəfə yaşamır adamlar, amma bir dəfə ölürlər, bir dəfə.
Ölüm var bir qədər hər bir şəkildə, yalnız ölənin şəkli diridir; o da ki qismən.
Odur ki, şəklini çıxar aynadan : sən o yox, o sənsən, sən isə dirisən.
Əslində səhnədə diridir ölü də. Ölüm yalnız həyatın sonudur. Səhnədə
hər şey son üçün yararlı, hətta doğuluş. Hərçənd ki dil açmır bir kimsə
səhnədə, amma avaz eynən həminki. Səhnəylə həyat yaman oxşardı.

