Sima Ənnağı

Gecə… şəhər…
Qaranlıq küçə ilə gedirəm.
Hamı evlərə çəkilib,
Bir hənirti yox.
Zülmət
Bataqlıqtək
Çəkir məni özünə,
Əritmək istəyir içində
Ətrafdakı binalar və fənərlərtək…
Zülmətin soyuq nəfəsi
“getməəə…dayyyannn…” pıçıldayır,
Fərqinə varmıram,
Qatı gecə pərdəsini yarıb
Işığa can atıram.
Şaxtalı külək
Boğur məni
Zalım aşiqtək,
Yol isə qurtarmır,
Heyrət…
Fənərlər
Kimsəsiz addımların şahidi,
Kölgələr – sahibsiz.
Boğazımda tıxanmış səsimlə
Hayqırmaq keçir içimdən: -
Bu küçə,
Bu şəhər
Mənimmi?!
Sərdar ŞİRVAN, DGTYB üzvü

“Qosqoca Şirvanın gözü Kolanı”
İyirminci yüzilliyin başlanğıcında Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri – Doğudan Batıya uzanan Böyük İpək Yolunun qovuşduğu ulu Şirvan elinin – Şamaxının Dağ Kolanı adlı bir köyü vardı. O zaman bu köydə 300 ev vardı. İyirmibirinci yüzilliyin başlanğıcında da bu köy mövcud idi, insan nəfəsi çəkilməmişdi oralardan… Ancaq, 300 yox, 3-5 ev qalmışdı. Özünəməxsus qədim tarixi, böyük keçmişi, zəngin etnoqrafiyası, sazlı-sözlü aşıqları, bayatılı-ağılı ağbirçəkləri, vəfalı oğul-qızları olan bu kəndin sonuncu evi 2005-ci ildə (21 –ci yüzildə!) söküldü. Bu ulu kənd artıq, tarixdən silinmişdir. Bir çox qədim yurd yerlərimiz kimi Dağ Kolanı da yerli yetgi yiyələrinin biganəliyi ucbatından tərk edildi…
…Onsuz da ulu babalarımızın bizə miras qoyub getdiyi tarixi Azərbaycan torpaqlarını gərəyincə qoruya bilməmişik. Bu gün Qədim Oğuz diyarının Təbrizi, Göyçəsi, Zəngəzuru, Dərbəndi, Borçalısı anamız Azərbaycandan ayrı düşmüşdür. Üstəlik də günümüzün Qarabağ ağrısı… Ayri düşmüş tarixi torpaqlarımızda neçə-neçə qədim yurd yerlərimiz tarix səhnəsindən silinmişdir. Ölkə içində isə belə qədim köylərimizin – Dağ Kolanının viran olması insanın içini göynədir.
Yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Namiq Hacıheydərlinin bu il kitab şəklində çap etdirdiyi “Dağ Kolanı dastanı” poeması Dağ Kolanı haqqında yazılmış dərin analmlı Vətən yazısıdır! Yazılı Vətəndir! Bu poemanın hər sözü dərdli Dağ Kolanının çağrıları, amanı və şairin ürək çırpıntıları ilə yoğrulmuşdur.
Yüksək vətənpərvərlik, soykökə qayıdış, milli-mənəvi ruhun güclənməsi, ana yurda bağlılıq hissi aşılayan poemanın ana xətti Vətəndir.
Vətəni, Ananı zövqə, imkana görə dəyişmək olmaz. Vətəni, Ananı seçmirlər, bunların hər ikisi ulu Tanrının alın yazısıdır. Ana Vətən insanların şan-şərəfi, qeyrəti və namusudur. Vətən qutsaldır, bütün sevgilərimizin əvvəli də, axırı da Vətənlə bağlıdır. Hər bir vətəndaş vətənləşən torpaq Vətən olma haqqı qazanır, Vətən timsalına dönür. Üstünə şəhid qanı və alın təri tökülmüş torpaq insanların fəxrinə, qüruruna və namusuna çevirilir.
Doğma vətən haqqında qüvvətli poetik simfoniya xarakteri daşıyan “Dağ Kolanı dastanı” özündə ali vətənpərvərlik hissi daşıyan bir örnəkdir. N. Hacıheydərli bu əsərdə təkcə poeziyasının yüksək sənətkarlığını, fəlsəfi mükəmməlliyini deyil, eyni zamanda, özünün milli ruhunu, vətəndaşlıq məsuliyyətini də ifadə etmişdir.
Milli köklər üzərində göyərib formalaşmış poemada yazar öncə kolanılara, geniş anlamda isə Azərbaycan xalqının bütün övladlarına vətənçilik, Azərbaycançılıq hissi aşılayır. Əsərdə Dağ Kolanı adı vətənin, doğma elin ümumiləşdirilmiş bədii obrazıdır. Görün, Dağ Kolanı ağsaçlı anaya bənzədilərək öz övladlarını necə ittiham edir:
Çox görmüşəm bu dünyanın
astarını, üzünü.
Doğma övlad unudarmış
apağsaçlı ananı
Belə getsə
tarixlərə dönəcəkdir
Dağ Kolanı…
Əsərdə Dağ Kolanı kəndi ilə yanaşı onun dağları, bulaqları, yaylaları, gədikləri, pirləri, dərələri və qayaları da yanğıyla, sevgi ilə təsvir edilən ayrıca obraz səviyyəsinə qaldırılır. Müəllifin əsərdə təbiət obrazlarını xüsusi doğmalıq və səmimiyyətlə yaratması əsərin milli koloritini və fikir özülünü daha da dərinləşdirir.
Poemada müəyyən dərəcədə yazarın özünün də bədii obrazı canlandırılmışdır. Əsər lirik qəhrəmanın doğma elə – Dağ Kolanıya səfəri ilə başlayır. Çoxdandır insan üzünə həsrət qalan köy öz dərdini, kimsəsiz qaldığını şairə çatdırır, onunla dərdləşirlər. Girdə, Ərəbdağı, Qızqayıt yeri, Şorbulaq, Cinişdər divarı susa bilməyib şairlə həmsöhbət olurlar.
Ərəbdağı insanların vəfasızlığından –
Qəzəbdən edirdi dad Ərəbdağı,
“İnsanlar vəfasız oldu“ – deyirdi;
Girdə unutqanlıqdan –
Danışdı yüz ilin dərdlisi kimi,
Yolçunu yolundan saxladı Girdə.
İstədi gözləsin öz qürurunu,
dözmədi,
hönkürdü, ağladı Girdə.
Qızqayıt yeri və Şorbulaq insanların dönüklüyündən –
Boynunu bükübdü məğrur Qalacıq,
“Qayıdın” – söyləyir Qızqayıt yeri.
… Şorbulaq Tanrıdan imdad diləyir;
“İlahi, gedənlər geri qayıda.”
Cinişdər divarı isə öz ümidsizliyindən şikayətlənir:
Cinişdər divarı baxıb yollara
Söyləyir: “Bizimki qalıb Allaha”.
Əsərdə nisgil və qübarı artıran, lirik qəhrəmanın qəlbini yandıran, gözlərindən qan-yaş axıdan bir də odur ki, igidlər oylağı, ərənlər diyarı olmuş Ərəbdağı, Yelli qaya, Bəy dərəsi, Attutulan dərə indi boş qalıb. Orada kişi nərəsi, çoban tütəyi, qopuz səsi, at kişnərtisi eşidilmir. Daha kədərlisi odur ki, bir vaxt bu yerlərdə at oynadan, qılınc çəkən, qalxan tutan mərd igidlərdən əsər-əlamət qalmayıb. Hətta ilhamını Kolanının səhər yelindən alan el sənətkarları da gözə dəymir.
- Ehey!
Gedən yolçu,
dayan!
Harayımı dinlə bir an.
Bir zamanlar
Ağır-ağır
elatlarım vardı mənim.
İlxı-ilxı səkil, kürən,
Boz atlarım vardı mənim.
Poemanın mərkəzində duran Dağ Kolanı obrazı hicran sıxıntısı çəkməkdən xəstə hala düşmüşdür. Dağ Kolanı özünə munis, həmdəm, həmdərd axtarır. Bir zamanlar al-yaşıl geyinən, eşqdən şövqə gələn Dağ Kolanı, doğma övladları yurdu tərk edən andan daim qəm, kədər yeyir. Həmişə özünü zirvələrdə hiss edən Dağ Kolanı öz övladlarına gül ətirli şərqilər, türkülər söyləmişdir. İndi isə, dərdli Dağ Kolanı qəm-qüssə, iztirab havalı ağılar söyləyir:
Şirvanın gözü məndim,
Ellərin sözü məndim.
Havam saf, suyum dərman,
Cənnətin özü məndim.
Dörd bir yanı gül idim,
Gül ətirli yel idim.
Sinəsi toy-düyünlü
Yağı basmaz el idim.
Şair klassik poema gələnəyinə uyğun olaraq, Kolanı obrazının mükəmməlliyini artırmaq üçün lirik haşiyə çıxaraq Kolanının dilindən bir neçə ağı vermışdir. Bu, əsərin bədii dəyərini və kamilliyini daha da artırır.
…Bütün bu qəm- kədərə, nisgilə baxmayaraq şair nikbindir. O ümid edir ki, Dağ Kolanılarda vətən məhəbbəti, yurd eşqi, doğma torpağa bağlılıq hissi yenidən baş qaldıracaq və onlar öz dədə-baba yurdlarına dönəcəklər.
Bu gün olmasa da sabah, biri gün
Gedənlər geriyə dönəcək – dedi.
Toy-büsat olacaq yenə bu yerdə,
Ərlər at belinə minəcək – dedi.
Namiqin doğma təbiəti bir obraz səviyyəsinə qaldırması öz yaradıcılığında irəliyə doğru atılmış bir addımdir. Əsərdə ifadəli və dəqiq bir dillə verilən təbiət təsvirləri canlıdır, etgilidir. Bütün əsər boyu bədii ifadə və təsvir vasitələrindən, peyzajdan ustalıqla istifadə edən şair, sözün həqiqi anlamında, çaqdaşlıq, xəlqilik ideyalarına əsaslanan gözəl bir əsər yaratmışdır.
N.Hacıheydərlinin ’’ Dağ Kolanı dastanı’’ yetkin sənət örnəyi olaraq çağdaş Azərbaycan poeziyasını zənginləşdirən bədii əsərlərdən biridir. Çağdaşlıq, coşğun ilham, yüksək hisslər, həyat sevgisi, doğma yurda bağlılıq bu əsərin əsas səciyyəsi, onu dəyərləndirən keyfiyyətdir.
Orxan Zaman
![orxan-zaman[1] orxan-zaman[1]](http://edebiyyatimiz.files.wordpress.com/2009/10/orxan-zaman1.jpg?w=150&h=150)
Yenə sevmək həvəsi var içimdə,
Yenə Şopenin simfoniyası
Və yenə də səhərləri qapımı kəsdirən balaca pişik.
Nəysə umur məndən.
Yenə yaşamaq həvəsi var içimdə.
Yenə bomboz səma,
Uzun və ensiz küçələr,
Bir-birinə sarılan iki sevgili.
Yenə sevmək həvəsi var içimdə.
***
Bu şəhərdə günəş doğmur,
Şəhər nəfəsini çəkib içinə.
Bircə çıxıb gedə bilsəm bu şəhərdən,
Bu şəhərdə günəş doğmur.
Küçələrində ölüm nəfəsi var.
Ölüm həvəsi var içində bu şəhərin
Itinin də,pişiyinin də,
Adi insanın da.
Bİrcə çıxıb gedə bilsəm bu şəhərdən.
Çox uzaqlara.
***
MƏKTUBLARINIZIN QƏBULU DƏYANDI
Sssööözzzz AXTARIRIQQQQQQQQ

O MƏQSƏDİMİZ VARIN İLK QONAĞI OLDU, O VERDİYİ XEYİR DUA HƏLƏ DƏ BİZİMLƏDİ BƏS BİZ NECƏ ONUNLAYIQMI?
MƏQSƏDİMİZ VAR BU HƏFTƏ ONUN RUHUNA İTTHAV OLUNACAQ…
SUALA CAVAB YAZIN GÖZLƏYİRİK meqsedimizvar@box.az ünvanında
ROMA XOSROV

Ürək
Zülmət bir gecədə, tənha sevgilim,
Bilmirəm mən niyə, döyünməkdəyəm.
Yenə də mən sənsiz, kədər libasın,
Bürüyüb köksümə, geyinməkdəyəm.
Ağıl
Sevgini dəfn edib, yatsan yaxşıdır,
Var ömrün sevməyə, baxsan nə qədər.
Sovurub gəncliyi, arxada qoyma,
Keçirmə ömrünü, mənasız, hədər.
Ürək
Bir ömür nədir ki, olsa yüz ömür,
Həsr edərəm eşqə, heç düşünmədən.
Sən məndən aslısan, mən səndən deyil,
Düşünə bilmərsən, mən döyünmədən.
Ağıl
Sən gəl sualımı cavabsız qoyma,
Nə üçün sevirsən, axı sən onu?!
Düz deyil bu istək, inan ki, səni,
Uçruma aparır bu eşqin yolu.
Ürək
Hər zaman, sən boş-boş, düşünməkdəsən,
Sən hardan biləsən, məhəbbət nədir.
Yoxdursa məhəbbət, insan canında,
Yaşamaq mənasız, ürək heçnədir.
Ağıl
Sənin yaşadığın, sevgi deyil ki,
Sadəcə yaşanan, ötəri hissdir.
Səninlə birlikdə, dünyaya gələn,
Gözəlliyə olan, tamah, nəfisdir.
Ürək
İnan yanılırsan, düz düşünmürsən,
Ən əziz varlıqdır, gülüm gözümdə.
Onsuz bu həyatda, yaşamaqdansa,
Ən asan bir yoldur, ölüm gözümdə
Ağıl
Ölüm Allah əmri, ölməkdən demə,
Gəl günah işlətmə, gəl günah etmə.
Yaşadan bir eşqin, arxasınca get,
Öldürən sevginin, ardınca getmə.
Ürək
Ağıldan da qabaq, insanda ürək,
Sevgini gözlərdən, bilən deyilmi?!
İndi sən cavab ver, bu sualıma,
Aşiq eşqi üçün, ölən deyilmi?!
Ağıl
Məhəbbətin ilkin, qanunu budur,
Səni sevən kəsi, sevəsən gərək.
Ölməyə dəyərmi, qərarın verib,
Sonra sevginçün, öləsən gərək.
Ürək
Sənin düşündüyün bu yolu seçsəm,
Əhdə dönük çıxam, sevməyəm gərək.
Məhəbbət də, ağlın əsiridirsə,
Onda nəyə lazım, insanda ürək.
Ağıl
Onunla bir dəfə, danışmısan heç,
Biləsən ürəyi, necədir, nədir.
Bəlkə o sadəcə, şeytan donunda,
Mələyə bənzəyən, bir pərvanədir.
Ürək
Bir dəfə kənardan, onu görməyim,
Mənimçün bir ömrə, dünyaya dəyər.
İlahi gözəllik, vardırsa onda,
Yəqin ki, qəlbi də, üzünə bənzər.
Ağıl
Gəl aldanma onun gözəlliyinə,
İnan, hər şey demək, deyil gözəllik.
Gözəlliyin əymədiyi qaməti,
Əyib qarşısında ağılla, bilik.
Ürək
Mən belə sözləri, çox eşitmişəm,
Sanma ki, mənimçün bu bir qayədir.
Bunlar sənin kimi, düşünənlərin,
Uydurduğu nağıl, bir hekayədir.
Ağıl
Daha söyləməyə sözüm yox sənə,
Bilirəm yolundan, dönməyəcəksən.
Toruna düşərək, bu məhəbbətin,
Allahı çoxdandır, tərk etmisən sən.
Ürək
Sənin sözündəki, həqiqət qədər,
Mənim ürəyimdə , məhəbbət vardır.
Amma, nə edək, səni yaşadan mən,
Məni yaşadansa, sevgidir, yardır.
Ağıl
Əsiri olmuşam, hissinin sənin,
Almısan əlimdən, qərarımı sən.
Qanun səninkidir, qərar sənindir,
Daha bundan sonra, özün bilərsən.
Ürək
Sevgimin məhkumu olsam da belə,
Bu yolda qərarım, qətidir qəti.
Ruhum nə qədər ki, yaşayacaqdır,
Qoruyacam mən də, bu məhəbbəti.
BİZİM MƏQSƏDİMİZ 12 OKTYABRDA

M Ə Q S Ə D İ M İ Z V A R—B İ Z İ M M Ə Q S Ə D İ M İ Z
DƏYƏRLİ DİNLƏYİCİLƏRİMİZ, NÖVBƏTİ VERİLİŞİMİZ SÖZ VERDİYİMİZ Kİ, ÜLVİ BÜNYADZADƏYƏ HƏSAİR OLUNACAQ. BİZİ 12 OKTYABR SAAT 16:05 DƏ 105 FM-DA YƏNİ AZTV RADİODA DİNLƏMƏYİ UNUTMAYIN.
QONAĞLARIMIZ ALMAZ BÜNYADZADƏ, ƏDALƏT ƏSGƏROĞLU, FİRUZ MUSTAFA, QƏŞƏM NƏCƏFZADƏ VƏ BAŞQALARI OLACAQ.
MƏKTUBLARINIZIN QƏBULU DƏYANDI

HAYDI GƏNCLƏR DEYİN GÖRƏK
GƏNC ÜLVİ BÜNYADZADƏ 40 YAŞINA ADLARKƏN QOCALIRMI? SUALMIZA wWw.edebiyyat.Tk SAYT DƏRGI OLARAQ CAVAB GÖZLƏYİRİK TƏBİİ Kİ, MƏQSƏDİMİZ VAR
meqsedimizvar@box.az ünvanında yazılarınızı gözləyirik. Növbəti verilişlərimizdən birini Ülvi Bünayadzadəyə həsir etmək istəyirik. Amma bu dəfə verilişi biz deyil siz hazirlayacaqsınız. Yəni veriliş sizin yazılarınızın səsləndirilməsindən ibarət olacaq. BU MEYDAN BU DA SİZZZ GÖZLƏYİRİKKK BİZ
Məlik AĞA

Tanrı payı
Xəzər də mavidi, səma da mavi,
Deyib də onları oxşatdı hər kəs…
Mən isə heç birin mavi görmədim,
Görən niyə məni aldatdı hər kəs?…
Dünyanı bilərdim zülmət qaranlıq,
Nur da oğurlayıb məhv oldu, öldü.
Həyata gələndən dünyam qaranlıq,
Tanrı da gözümdə oğruya döndü.
Yarısı qaranlıq, yarısı işıq,
Olsaydı dünyamın çox sevinərdim.
Çox heyf günəşi görə bilmirəm,
Nur alıb gözümçün nur çiləyərdim.
Bəs niyə arzuma çata bilmədim?…
Mən piyada atlımı arzum mənim?
Yuxularımda isə arzular atsız,
Yalandanmı gördüm bu yuxuları?….
Kor edincə məni dünya sevgisi,
Kor etdi qoymadı günahkar olum.
Bəlkə də bu yolla-mənim cənnətə…
Tanrı əmri ilə düşəcək yolum.
BİZƏ YAZIRLAR
Sayın Elçin ŞİXLİ
Bir dosttan ”EDEBİYYAT” derginizi çalışmalarınızı öğrendim,inceledim ve çok başarılı buldum herkesi tebrik ederim.Banada eski ve yeni sayılarından yollarsanız mutlu olurum,bundan böyle sanatsal değerdeki yazılarımıda yollayacağım,buradan yapabileceğim bir şey olursa bilmek isterim,görüşebilmek umuduyla selam ve sevgilerimle.
Prof.Dr.Levent Seçer
004915204388443
D e u t s c h l a n d
SEYİD RAMİN
Qəza-qədər
Bizim özümüzün qədərimiz var,
Heç vaxt biz qəzadan qaça bilmirik.
Alnımızda olan qırışlar bəlkə,
Alın yazısıdır aça bilmirik.
Fəsillər lövhəm də tamam köhnəlib,
Payızım pozulub, yazım silinib.
Yayın istisində tərlədiyimçün,
Alnımı siləndə yazım silinib.
İndi günahkarlar at oynadırlar,
Atları kişnəyib adama gəlir.
İndi günahkarlar təmizkar olub,
Günahı yumağa hamama gəlir.
Salam. Vaxt olsa verlişində bizi də yad edin. Sağol…

