wWw.edebiyyat.Tk

siz bizi www.radioedebiyyat.com saytında izləyə bilərsiniz

Nəcibə İlkin

necibe ilkin

Dözmürəm soyuqluğuna

Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?

Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.

Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi.

Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.

Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.

Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.

Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi,
Mən də ki, dözmürəm soyuqluğuna.

11/11/2009 - Posted by | seir

1 Yorum »

  1. Nəcibə İlkinin yaradıcılığı ilə yaxından tanışam. Nəşr olunmuş iki kitabını da oxumuşam.Şeirlərindəki məna yükü, lirizm, axıcılıq oxucunu özünə cəlb edir.Yaradıcılığının müəyyən hissəsini qəm-kədər notlarıyla əhatə olunmuş şeirləri təşkil edir. Bu da, şairənin, yəqin ki,ağrılı-acılı oxucusundan gizlətdiyi həyatıyla bağlıdır. Bütün yazarların həyatı eynilik təşkil edir, onların hamısının həyatında həmişə ağrılı-acılı məqamlar çox olur.
    Hörmətli şairə xanımımıza bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayır və arzu edirik ki,Tanrı ona elə güc-qüvvət versin ki,həyatın hər bir üzünə dözdüyü kimi, naxələf insanların da soyuqluğuna dözə bilsin. Çünki, bütün sevənlərin qismətinə ağıllı tanışlıq, dəlicəsinə sevmək və sonu peşimançılıqla qurtaran bir sevgi payı düşür.
    Meyxoş Abdullah – yazıçı.

    Yorum tarafından Meyxoş Abdullah | 11/11/2009


Yorum yapın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Değiştir )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Değiştir )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Değiştir )

Connecting to %s

Takip Et

Get every new post delivered to your Inbox.