Namiq Hacıheydərli

Yaman bənzəyirəm Azərbaycana
Xoş günüm min günlük əzabdan doğur,
Heç nəyi havayı qazanmamışam.
Bir damla sevinci qazanmaq üçün,
Alnımdan yüz damla tər axıtmışam.
Çörəyə çatınca, Allah bilir ki,
Günlərlə çörəksiz, susuz qalmışam.
Təsəlli verməyə kimsəm olmayıb,
Ah çəkib könlümü özüm almışam.
İsti yay günündə, şaxtalı qışda
İllərlə cığırda, yolda qalmışam.
Maşına verməyə pul olmayanda,
Günlərlə piyada addımlamışam.
Ruhdan düşməmişəm, fəqət, heç zaman
Sabaha inamım tutub əlimdən.
Nə qədər tufandan keçsəm də yenə,
Bir kərə çıxmadı giley dilimdən.
Hər gün yeni-yeni dərdi, əzabı
Tanrının payı tək nuş etdim cana.
əzablı, göynəkli taleyim ilə
yaman bənzəyirəm Azərbaycana.


gözel şerdir Namiq müəllim adı isə əladır
Yorum tarafından habil yasar | 11/11/2009
Başlıq da nə demək istəyin aydın görünür, ancaq necə deməyin bir az uğursuz alınıb. Sonuncu bənd isə çox uğurlu alınıb. Qələminiz yorulmasın!
Yorum tarafından Elməddin | 15/02/2010