ROMA XOSROV

ALLAH BU GÖZƏLİ NECƏ YARATDIN
Bir kəlmə söz desə ürək dayanar,
Allah bu gözəli necə yaratdın.
Toxunsa bir ömür ömrün uzanar,
Allah bu gözəli necə yaratdın.
Təbibin müqəddəs nişanəsidi,
Dağların inləyən şəlaləsidi,
Xəstənin dərmansız bir çarəsidi,
Allah bu gözəli necə yaratdın.
Sevgidən yoğrulub sanki mayası,
Təbii gözəldi yoxdu boyası,
Üzündən bilinir arı, həyası,
Allah bu gözəli necə yaratdın.
Dünyaya hava tək, su tək gərəkdi,
Göydən yerə enmiş nəcib mələkdi,
Qoxusu ətirli güldü, çiçəkdi,
Allah bu gözəli necə yaratdın.
Ay görsə günəşin üzünə baxmaz,
Ulduzlar səmaya bir daha çıxmaz,
Çaylar da quruyar dənizə axmaz,
Allah bu gözəli necə yaratdın.
Ox kimi düzülüb kipriyi, qaşı,
Səhv salar saçını ipəkdən naşı,
Gözləri gecənin əkiz sirdaşı,
Allah bu gözəli necə yaratdın.


salam! necesiniz?
xahish edirik bu unvanla elaqe saxlayasiniz qelb_ogrusu@box.az /sizinle bir sohbetle bagli danishmaq isterdik!
Tesekkur edirik!
Yorum tarafından Kənan AY | 02/01/2010